Google-un xidmətlərinin bir hissəsi Çində bloklanıb. Ehtimal ki, bu, Tyananmen meydanında baş vermiş hadisələrin ildönümünün yaxınlaşması ilə əlaqədardır. Xatırladaq ki, 1989-cu ildə bu meydanda tələbə nümayişi dağıdılıb.Demək olar ki, Google-un bütün resursları bloka düşüb. Bundan başqa, çinli istifadəçilərə Googleun xidmətləri yalnız Çin domenində deyil, həm də Honkonq və xarici versiyalarda əlçatan deyil.Google rəsmiləri bildiriblər ki, 31 may tarixindən etibarən Çində şirkətin xidmətləri yalnız qismən əlçatandır, korporasiya tərəfindən heç bir texniki problem qeydə alınmayıb.Çin hakimiyyəti şəbəkədə yayılan informasiyanı nəzarətdə saxlamağa çalışır və dövlət siyasətinə uyğun olmayan bir çox resursları bloklayır. Məsələn, Çində Twitter, Facebook və YouTube kimi resurslar əlçatmazdır.
Mənbə: Milli.Az