Qadin.NET / Sınaq imtahanında 2 nəfər 700 bal topladı

Sınaq imtahanında 2 nəfər 700 bal topladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 1-də cari il üzrə keçirilmiş sonuncu sınaq imtahanının nəticələri açıqlanıb. Bu barədə Lent.Az-a Komissiyadan məlumat verilib. Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.Abituriyentlər imtahan nəticələri barədə məlumatı ənənəvi olaraq iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 48387 abituriyentdən 4363 nəfəri imtahanda iştirak etməyib. İmtahan qaydalarını pozduğu üçün 10 abituriyent imtahandan xaric edilib və nəticələri ləğv edilib. TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 44014 abituriyentin imtahan nəticələri yerləşdirilib. 2 abituriyent təqdim olunan bütün suallara düzgün cavab verərək maksimum nəticə -700 bal toplayıb. Onlardan biri II, digəri isə IV ixtisas qrupu üzrə qeyd olunan nəticəni göstərib

Mənbə: Lent.Az

4 iyun 2014
GO BACK