Qadin.NET / 1 həftəyə 10 kilo arıqla

1 həftəyə 10 kilo arıqla

 

1 həftəyə 10 kilo arıqla

Nyu-Yorkda keçirilən və bir çox məşhur simanın mükafatlandırıldığı “CFDA Fashion Awards” mərasiminə qatılan müğənni Rihanna geyimi ilə hər kəsin diqqətində olub. Zərli tül paltarı ilə diqqətləri çəkməyi bacaran müğənninin bədən quruluşu və qidalanma rejimini gündəmə gətirib.İlk baxışda Rihannanın bədən quruluşu ideal görünsə də, diqqətlə baxdıqda onun omba və ayaqlarında dolğunluq müşahidə edilir. Bundan başqa o, etiraf edir ki, sevimli qidaları olan çips, şokolad, şokoladlı dondurma və pivədən imtina etmir. Yalnız böyük qastrollarından əvvəl bir müddət onlardan uzaqlaşaraq, pəhriz saxlamağa başlayır.Rihanna 2011-ci ildə Yer kürəsinin ən seksual qadını seçilsə də, özü bununla heç cür razılaşmır. Amma pəhrizindən də qalmır...

 

Artıq siz də məşhur müğənni Rihanna kimi gözəl bədən quruluşuna sahib ola bilərsiniz. Təqdim edəcəyimiz pəhriz resepti ilə 1 həftəyə 10 kq. arıqlamaqla yanaşı, həm də sağlam həyat tərzinə başlamış olacaqsınız. Pəhrizin başlıca istiqaməti karbohidrat qəbulunu dayandırmaq, mey­və-tərəvəzi artırmaqdır.

Boyu: 173 sm.

Çəkisi: 63 kq.

Ölçüləri: 92-64-105

Səhər yeməyi: İçərisinə limon şirəsi sıxılmış isti su, 1 yumurtanın ağı, təzə ananas.

Nahar: Buxarda bişmiş balıq əti, suda qaynadılmış tərəvəz və yağsız, duzsuz kartof.

Şam yeməyi: Sadəcə, buxarda bişmiş yağsız balıq.Diyetoloqlar müğənniyə gün ərzində 3-4 saatdan bir qidalanmağı, qida qəbulu arasında isə meyvə-tərəvəz yeməyi məsləhət görürlər. Rihanna bu şərtə əməl etsə də, şirniyyatdan heç cür imtina edə bilmir. Səhər və günorta saatlarında az da olsa şirniy­yat qəbul edir.Pop-ulduz həmçinin peşəkar məşqçi­nin nəzarəti altında fitnes və yoqa ilə məşğul olur. Mütəmadi şəkildə qaçır, üzgüçülüyə həvəs göstərir. 

Mənbə: Lent.Az

4 iyun 2014
GO BACK