Amerikalı alimlər Facebook sosial şəbəkəsindəki statusların insan prisixikasına təsirini araşdırıblar. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, alimlər statusların insana pozitiv və neqativ təsirlərini tədqiq ediblər. Onlayn şəkildə keçirilən araşdırma 680 min nəfəri əhatə edib. Alimlərin sözlərinə görə, statusların içindəki emosiyalar şüursuz şəkildə onu oxuyan digər istifadəçilərə də keçir. Bəzən qəmli statusu oxuyan adam səbəbini bilmədən məyus ola bilər. Bu səbəbdən, alimlər insanlara tövsiyə edirlər ki, status oxumağa az vaxt sərf etsinlər.
Mənbə: Milli.Az