Çünki qeyri-adiliyi ilə hər kəsi heyrətə gətirir. “Qanı axan” bu ağac növü Afrikanın cənubunda bitir. Ağaca bu ad heç də boş yerə verilməyib. Bu ağacı yaralayarkən, hər hansı bir budağını qırarkən, ağac qatı tünd qırmızı rəngli (eyni ilə qana bənzər) şirə ifraz edir, sanki qanı axır. Bu ağacın iri bir budağı və ya gövdəsi mişarlanarkən bir dəqiqənin içərisində ağac “al qana” boyanır. Sanki bir canlının bədəninin hansısa bir hissəsi kəsilib və canlının damarlarından qan axır.Milli.Az modern.Az saytına istinadən təbiətin bu mözüsəsi haqda sizi məlumatlandırır...Ağacın ifraz etdiyi tünd qırmızı şirəni Afrikada təbii rəngləyici maddə kimi də istifadə edirlər. Bu təbii rənglərdən istənilən sahədə istifadə edilir. Çünki keyfiyyət baxımından çox yaxşı təbii boya hesab edilir. Hətta bayram günlərində yerli əhali ağacın ifraz etdiyi “rəng”lə bədənlərini də boyayırlar. Ağacın ifraz etdiyi tünd qırmızı şirədən təkcə boyaq maddəsi kimi deyil, şəfaverici dərman kimi də istifadə edilir. Deyilənə görə, bu şirəni heyvan yağı ilə qarışdırıb bədənə sürtməklə bir çox xəstəlikləri müalicə etmək mümkündür. Belə ki, heyvan yağı ilə qarışdırılmış ağacın şirəsini bədənə sürməklə qan xəstəliklərini, malyariya, qızılca, qızdırma, gözlə bağlı problemləri, mədə, oynaq ağrıları və bədənin istənilən yerində olan kəskin ağrıları yox etmək, müalicə etmək mümkündür.Ağacın taxtası isə mebel sənayesində ən keyfiyyətli material hesab olunur. Onun taxtasından düzəldilmiş mebellər çox keyfiyyətli və gözəl olur. Bundan başqa, bu ağac çox rahat kəsilir və emal olunur. Həm də ağacın taxtası quruyarkən formasını dəyişmir. Yəni – nə əyilir, nə də ki, ölçüləri dəyişir. Ağac suya davamlı olduğu üçün çox zaman qayıqlar bu ağacdan hazırlanır. Hətta vanna otaqlarında belə, döşəmə kimi istifadə edilir.“Qanı axan” ağacın görünüşü də çox gözəldir. Onun görünüşü çətirvaridir və çox gözəl sarı çiçəkləri olur.
Mənbə: Milli.Az