"Əgər mənə əvvəllər desəydilər ki, meşədə, tənha yaşayacağam və üstəlik də ilan-çayandan qorxmayacağam, hətta ov edib heyvanları şaqqalayacaq, bişirəcək və yeyəcəyəm - inanmazdım, gülərdim. Fəqət bunu etdim. Bir il. Tam bir il... Vallabi kenqurusunu öldürdüm, onun tüklərindən ocaq yandırmaq üçün istifadə etdim".Avstraliyanın ən məşhur jurnalistlərindən biri, The Age vəThe Sydney Morning Herald-ın köşə yazarı, 31 yaşlı Kler Dann tam bir il sivilizasiyadan uzaqda, meşədə yaşayıb.Klerin meşə həyatı ilə bağlı yazdığı kitab artıq satışdadır."Kibritsiz bir ilim. Təbiət axtarışında şəhərdən qaçış" (My Year Without Matches. Escaping the City in Search of the Wild) kitabında Kler sabun, şampun, internet, telefon, elektroenerji olmadan meşədə keçirdiyi 365 gündən bəhs edir.