Qadin.NET / Azərbaycan ərazisində eynicinsli nikahlara icazə verildi?

Azərbaycan ərazisində eynicinsli nikahlara icazə verildi?

Böyük Britaniya konsulluqlarına Rusiya, Azərbaycan, Serbiya və Macarıstanda eynicinsli nikahları qeydiyyatdan keçirməyə icazə verilib.Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Britaniya diplomatik nümayəndəliklərində göstərilən ölkələrdə, eləcə də Avstraliya, Boliviya, Kamboca, Çili, Kolumbiya, Estoniya, Yaponiya, Latviya, Monqolustan, Monteneqro, Nikaraqua, Peru, San-Marino, Vyetnam, Dominikan Respublikası, Kosovo, Kosta-Rika və Filippində Birləşmiş Krallığın vətəndaşları nikaha girə bilərlər.Beləliklə də Britaniya konsulluqları yerli qanunlarla qadağan olunduğu ölkələrdə, eləcə də Azərbaycanda eynicinsli nikahları qeydiyyatdan keçirmə imkanı əldə etdilər.Böyük Britaniyanın keçmiş xarici işlər naziri, Leyborist partiyasından olan parlament üzvü gey Kris Brayant bəyan edib ki, Birləşmiş Krallığın XİN vəzifələrindən biri “Britaniya dəyərlərinin xaricə eksportudur”.

Mənbə: Milli.Az

4 iyun 2014
GO BACK