Qadin.NET / Nazirlikdə işləmək istəyirsiniz?

Nazirlikdə işləmək istəyirsiniz?

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xüsusi mühafizə bölüyünə müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan, yaşı 20-dən 30-dək, boyu 175 sm-dən hündür, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), məhkum olunmamış, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələməyən və nalayiq hərəkətlər törətməyən, ali, yaxud tam orta təhsilli, Bakı şəhərində yaşayan Azərbaycan Respublikasının vətəndaşları dəvət edilirlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq, xarici dil bilən namizədlərə üstünlük veriləcəkdir.
Xidmətə qəbul olmaq istəyən şəxslər 2014-cü il iyul ayının 15-dək (şənbə və bazar günlərindən başqa) saat 10.00-dan 17.00-dək Müdafiə Nazirliyinin Komendantlığına ərizə ilə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Parlament prospekti, 3.
Əlaqə telefonları: (012) 539-59-04.
Müraciət etmək istəyənlər qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə, həqiqi hərbi xidmətə daxil olmağa könüllü razılığı barədə yazılı öhdəlik, şəxsən yazılmış tərcümeyi-hal (əl və kompyuter ilə yazılmış), təhsil haqqında sənədin surəti, doğum haqqında şəhadətnamənin surəti, nikah haqqında şəhadətnamənin surəti (nikah varsa), uşaqların doğum haqqında şəhadətnamənin surəti (uşaqları olduğu halda), xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə, hərbi hissədən (evlər idarəsindən, müvafiq icra hakimiyyəti orqanından) ailə tərkibi və yaşayış yerindən arayış, səhhətinə görə müvafiq qoşun növündə (xidmətdə, lazım gəldikdə həm də müvafiq ərazidə) hərbi xidmətə yararlı olması barədə hərbi-həkim komissiyasının qərarını və 3x4 sm. ölçüdə və 9x12 sm. ölçüdə 2 ədəd fotoşəkil (başı açıq, anfas) təqdim etməlidirlər.

Mənbə: Milli.Az

4 iyun 2014
GO BACK