Unikal stildə çalışan amerikalı rəssamın əsərləri ilk baxışdan fotolara bənzəyir.
Lakin onlar foto deyil.ABŞ-ın Nyu-Meksiko ştatında yaşayan rəssam Li Prays 7 il sərf edərək "Yemək yeyən qadın" seriyasını yaradıb.Seriya hiperrealizm janrında yağlı boya ilə çəkilən rəsmlərdən ibarətdir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Li Praysın dediyinə görə, qidalanma pozuntuları, bulimiya sindromu olan qadınların yaşamını əks etdirməyə çalışıb.Santa Fe şəhərinin sakini olan 47 yaşlı Li Prays deyir: "Bu şəkillər əslində öz həyatımı əks etdirir. Problemim, çətinliyim olan kimi özümü ac hiss edirəm və dərdimi yeməklə unutmağa çalışıram. Şəkillər özüm də daxil olmaqla, qadınların davranışlarındakı kompulsiv məqamları əks etdirir. Hər yerdə və hər zaman yemək yeyən, hətta vannada olanda da nə isə yeyən qadın... Ağır problemdir"
Mənbə: Milli.Az