Azərbaycanda qeyri-sabit hava şəraiti sabah da davam edəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyunun 5-də Bakıda və Abşeron yarmadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə yarmadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək, havanın temperaturunun gecə 16-24, gündüz 26-35 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında isə, havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı və qısa müddətli yağış yağacağı gözlənilir.Şərq küləyi əsəcək, havanın temperaturu gecə 15-20, gündüz 18-33, dağlarda isə gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Mənbə: Milli.Az