2014-cü ildə Bakı şəhərində bir neçə dəfə yeni doğulan uşağa valideynlər tərəfindən Atatürk adı vermək istəsələr də, yerli Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı idarələri (VVADQİ) buna icazə verməyib.Milli.Az xəbər verir ki, bu barədə modern.az saytına Nazirlər Kabineti yanında Terminologiya Komissiyasından məlumat verilib.Buna səbəb kimi Türkiyə hökuməti tərəfindən bir müddət öncə Azərbaycana edilən müraciət əsas gətirilib. Həmin müraciətdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün tarixi şəxsiyyət olması səbəbindən ona hörmət əlaməti olaraq bu adın yeni doğulanlara verilməməsi xahiş olunub.Ədliyyə Nazirliyindən modern.az-a bildirilib ki, son 5 ildə Azərbaycanda cəmi 5 uşağa Atatürk adı verilib ki, bunlar da Türkiyə tərəfinin müraciətindən öncə baş verib. Belə ki, 2010-cu ildə 3, 2011-ci ildə 1 və 2013-cü ildə 1 uşağa Atatürk adı verilib.2014-cü ildə bununla bağlı 5 müraciətə mənfi cavab verilib.
Mənbə: Milli.Az