Qadin.NET / Bu yay havalar necə keçəcək?

Bu yay havalar necə keçəcək?

Azərbaycanda havanın temperaturunun ötən ilə nisbətən daha da isti olacağı gözlənilir. Yay mövsümü ərzində isə 40 dərəcədən yüksək istilərin müşahidə olunacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev temperaturun iqlim normasına yaxın və normadan yuxarı olacağını dedi: “Ümumiyyətlə, Azərbaycanda yay aylarında isti günlər müşahidə olunur. Son dövrlərə nəzər salanda Azərbaycan ərazisində 1998, 2010, 2012-ci illərdə belə istilər müşahidə olunub. Xüsusən də 2010-cu ildə Azərbaycan ərazisində belə istilər müşahidə olundu. Yəni bu ilin yay dövründə ayrı-ayrı günlərdə, şübhəsiz ki, qısa müddət də olsa, həddən artıq istilər müşahidə olunacaq. Ancaq ümumi proqnoza əsasən, temperaturun iqlim normasına yaxın və normadan yuxarı olacağı gözlənilir. Yağıntının isə normaya yaxın və normadan aşağı olacağı gözlənilir”.

Mənbə: Milli.Az

4 iyun 2014
GO BACK