Qadin.NET / Azərbaycan çimərliklərində vəba təhlükəsi yoxlanıldı

Azərbaycan çimərliklərində vəba təhlükəsi yoxlanıldı

Respublika ərazisində vəba vibrionlarının aşkarlanması istiqamətində monitorinq aparılır. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Səhiyyə Nazirliyinin taun əleyhinə stansiyasının vəba laboratoriyasının müdiri Rəşid Əhmədov bildirib. Onun sözlərinə görə, su hövzələrində temperatur 16 dərəcədən yuxarı qalxdıqda vəbanın qarşısının alınması üçün monitorinqlər aparılır. "Həftə ərzində müxtəlif çimərliklərdən, çaylardan, kanallardan və digər su hövzələrindən 40-dan çox nümunə götürlür. Son araşdırmalar nəticəsində su hövzələrində vəba vibrionları aşkarlanmayıb. Bu cür monitorinq hər il may ayının 15-dən noyabrın 1-ə qədər aparılır", - o əlavə edib. Rəşid Əhmədovun sözlərinə görə, Sovet dövründə çimərliklərdə vəba aşkarlanırdı, lakin indi aşkarlanmır. 

Mənbə: Milli.Az

4 iyun 2014
GO BACK