Qadin.NET / Bakıda korluq yaradan gün eynəkləri satılır

Bakıda korluq yaradan gün eynəkləri satılır

 

Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.AİB sədrinin sözlərinə görə, eynək bazarı nəzarətdən kənarda qalıb: “Hazırda Azərbaycana Çindən, Hindistandan, Pakistandan və Türkiyədən keyfiyyətsiz gün eynəkləri gətirilir. Tullantı materiallarından hazırlanan bu eynəklər yoxlamadan keçirilmir, onların göz üçün zərərli olub-olmadığı araşdırılmır. Bu cür eynəklər xüsusilə azyaşlılar üçün təhlükə yaradır”.Hüquq müdafiəçisi dedi ki, keyfiyyətsiz gün eynəkləri gözün görmə qabiliyyətini zəiflətməklə yanaşı, dəridə də qıcıqlanma yaradır, allergiyaya səbəb olur.İqtisadiyyat və Sənaye Nazirliyi isə əhaliyə xəbərdarlıq edərək eynək seçərkən diqqətli olmalarını məsləhət görüb: “Mövsümi olaraq daha çöx istifadə olunan gün eynəkləri əsasən ultrabənövşəyi şüaları udan С…üsusi materialdan hazırlanmalıdır. Lakin satışda olan eynəklərin bir qismi plastmasdan, adi tünd şüşədən hazırlanır. Bu materiallar isə günəş şualarını udmaq qabiliyyətinə malik deyil və insan sağlamlığı üçün təhlükəlidir. Keyfiyyətsiz eynəklərin satışı göz С…əstəliklərinin artmasına səbəb olur. Belə ki, bu eynəklər gözün bülluruna pis təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur, insanda yorğunluğun yaranmasına yol açır. Eynək gözə düşməyəndə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü büruzə verir. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıcıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz bülluru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır”.Eynəyin keyfiyyəli olub-olmamasını müəyyən etməyə gəldikdə isə mütəxəssislər keyfiyyətli eynəyin təyin edilməsi üçün müəyyən örnəklər veriblər: “Məsələn, qəhvəyi rəngli eynək taxmısınızsa və əgər eynək keyfiyyətlidirsə, onda siz ətrafda olan əşyaları öz rənglərində görəcəksiniz. Amma əgər eynək keyfiyyətsizdirsə, onda siz ətrafda olan əşyaları qəhvəyi rəngdə görəcəksiniz. Keyfiyyəti yoxlamağın bir başqa yolu da eynəyi taxdıqdan sonra şaquli bir xəttə baxmaqdır. Bu, bir pəncərə kənarı da ola bilər. Eynəyi yüngülcə yuxarı-aşağı, sağa-sola hərəkət etdirəndə bu xətdə oynama və ya qırılmalar olursa, eynək saxta və keyfiyyətsizdir”.
Mənbə: Milli.Az
4 iyun 2014
GO BACK