Qadin.NET / Media və kino pilotsuz aparatlara keçir

Media və kino pilotsuz aparatlara keçir

 

ABŞ hakimiyyəti kütləvi informasiya vasitələrinin, eləcə də kinofilmlərin çəkilişi üçün pilotsuz uçan aparatlardan istifadəni müzakirə etmək niyyətindədir. Bu barədə ABŞ Federal Aviasiya İdarəsi açıqlama verib.Milli.Az İCT news-a istinadən bildirir ki, idarə havadan foto və videoçəkilişlə məşğul olan yeddi şirkətdən sorğu alıb. Onlar ilk dəfə olaraq televiziya və kinematoqrafiya sahəsində pilotsuz uçan aparatlardan istifadəyə icazə istəyirlər. Sorğulara müsbət cavab verilsə, şirkətlər real iqtisadi mənfəət əldə edə bilərlər, çünki Federal Aviasiya İdarəsi pilotsuz uçan aparatlardan kommersiya məqsədləri üçün istifadəyə tələbatın artmasını nəzərdən keçirməyə başlayır, - məlumatda qeyd olunur.İdarəyə müvafiq sorğu ilə ABŞ Kino Şirkətləri Assosiasiyası müraciət edib.
Mənbə: Milli.Az

 

3 iyun 2014
GO BACK