Qadin.NET / Bunları bilmək vacibdir: ağrıkəsici dərmanların zərərləri

Bunları bilmək vacibdir: ağrıkəsici dərmanların zərərləri

Ağrı insanı həkimə aparan əsas şikayətlərdən biridir. Gənclərdə ani, yaşlılarda isə daha çox xroniki ağrılara rast gəlinir. Xüsusən 60 yaşdan yuxarı insanlarda ağrı səviyyəsi yüzdə 25-50 nisbətində artır, qocalar evində olan yaşlılarda isə bu nisbət yüzdə 80 təşkil edir.

Ağrının çoxluğu yaşla birlikdə artır. Yaşlılarda yaşanan ağrı yaşam keyfiyyətini pozur, depressiya və yuxusuzluğa, ciddi sağlamlıq problemlərinə yol açır. Ağrı əsas səbəb olmasına rəğmən, çox hallarda xəstə və xəstə yaxınları tərəfindən laqeyd yanaşılan bir haldır.

İnsanların ağrı əleyhinə istfadə etdiyi ağrıkəsici dərmanların  mədə-bağırsaq, böyrək və sümük iliyinə toksik zərərlərinin olduğu müəyyənləşib. Doza həddini aşarkən və istifadə müddətinə görə yan təsirləri ola bilir.

Ağrıya səbəb olan xəstəliklər nələrdir?

Ağrının səbəbi orqanik və psixoloji ola bilər. Orqan və toxumalarda olan fəsadlar ağrıya səbəb ola bilər. Psixoloji səbəb dedikdə isə əzələ gərginliyi artar və xəyalən yaşanan bir ağrı halı olur.

İnsanların daha çox şikayət etdiyi baş ağrısının səbəbləri nələrdir?

Xüsusən gənclərdə gərginlik və miqren xassəli baş ağırıları çox tez-tez yaşanır və psixoloji ağrılar qrupuna aiddir. Yaşlılarda yaşanan revmatizm, şiş və qanaxma kimi səbəblər də nəzərdən qaçmamalıdır.

Antirevmatik ağrıkəsicilər yan təsirlərə yol aça bilərmi?

Gün ərzində 4-5 milliqram dəyərində qəbul edilən, qan sulandırıcı kimi istifadə edilən və ürək-damar sisteminə faydası olduğu qeyd edilən aspirin 4-5 və artıq qramda qəbul edilərsə, "salisiliz" deyilən zəhərlənməyə yol açar.

Ağrıkəsici olaraq daha çox hansı dərmanlardan istifadə etmək olar?

Aspririn, parasetamol və mosteroid antirevmatik ağrıkəsici dərman olaraq yüngül və orta şiddətli ağrılarda ilkin müdaxilə zamanı qəbul edilə bilər.

Aspirin ağrıkəsici olaraq, qızdırmanı salmaq, mikrob xassəli olmayan iltihabı yox edən bir dərman kimi tez-tez istifadə edilir. Orta şiddətli ağrılarda 0.5 qram aspirin ilə yaşanan  ağrını 2-3 saata sakitləşdirmək olar. 0.5-1 qram aspirin ağrı kəsər və qızdırmanı aşağı salar. 4 qram aspirin isə mikrob xassəli olmayan iltihablara qarşı təsirlidir.

Mədədə yanma, qastrit, xora və qanaxmaya səbəb ola bilər. Aspirin həm də Gut və astma xəstəliyinə zəmin yarada bilir.

Parasetamolun ağrıkəsici kimi xüsusiyyətləri nələrdir?

Ağrıkəsici təsiri aspirindən azdır. Qızdırmanı aşağı salır, mədə qanaxmalarına yol açmaz. Çox tez-tez istifadə edilən ağrıkəsicidir və digər dərmanlarla kombinədə istifadə edilir.

Dərmanlardan istifadə edərkən nəyə diqqət etmək lazımdır?

Ağrıkəsici dərmanlar uyğun dozada qəbul edilərsə, böyrəklərdə ciddi problemlərə yol açar. Böyrək problemi olan insanlarda bu dərmanlar böyrək çatışmazlığına yol aça bilər. Mədədə narahatlıq yaratdığından, mədə göynəməsi və böyrək rahatsızlığı kimi şikayəti olanlar bu cür dərmanlar istifadə etməməlidir. 

Mənbə: Lent.Az

3 iyun 2014
GO BACK