İlk uçan velosiped 45 min dollara (33 min dollara yaxın), yəni təzə Mercedes M-Class qiymətinə satışa çıxarılıb.Milli.Az 4charx com -a istinadən bildirir ki, Paravelo Xplore Air adlı bu konstruksiyanın müəllifləri britaniyalı iki ixtiraçıdır. Con Foden və Yanik Rid bu yeni nəqliyyat vasitəsini bir neçə il əvvəl hazırlamaq fikrinə düşüblər və keçən müddət ərzində artıq onun istehsalını yoluna qoymağa nail olublar. Uçan velosipedin satışları artıq Hammacher Schlemmer eksklüziv hədiyyələr satan internet-mağazada başlanıb. Düzdür, bir il əvvəl ixtiraçılar vəd etmişdilər ki, onların “təyyaə”lərinin qiyməti 15-20 min dollardan çox olmayacaq.Bioyanacaqla işləyən mühərriklə təchiz edilmiş və motoparaplanla üçtəkərli velosipedin qarışığı olan Paravelo Xplore Air saatda 40 kilometr maksimal sürətlə 120 kilometr məsafə qət edə bilir.