ABŞ-da bir milyarder adını açıqlamamaqla xeyriyyə aksiyası keçirib. Daha doğrusu, həmin aksiya daha çox macəraya bənzəyirdi.Milli.Az TMZ-yə istinadən bildirir ki, "Hiddencash" adlanan aksiya zamanı həmin milyarder 35-45 yaşlı amerikalıları macəraya qatılmağa dəvət edib"Xəzinə ovçu"larına aksiyanın başlanması barədə xəbər Twitter vasitəsilə verilib.İçində pullar olan 36 "Angry Bird" oyuncağı Hermosa çimərliyində idi."Pullar çimərlikdə, limanla voleybol meydançası arasındadır. Haydı, başladıq!" - tvitindən sonra yüzlərlə insan çimərlikdə qumu eşələyərək içi pul dolu oyuncaqları aramağa başlayıb.Hər oyuncağın içində 100-250 dollar pul vardı."Məqsədim insanları ələ salmaq və ya dolamaq deyildi. Sadəcə, insanların bir qədər gülümsəmələrini istədim", - anonim milyarder deyib.