Günəş batareyaları ilə təchiz olunmuş nişanlar gecələr sürücülərin diqqətini çəkir Bir neçə gündür ki, Bakıda küçə və yollarda yol nişanlarında işıqlandırma sistemi quraşdırılır. Nişanların gecələr işıqlandırılmasını Baş Dövlət Yol Polisi İdarəsi İdarəsinin «Siqnal» idarəsi həyata keçirir. Lent.Az-ın avtosfer.az-a isitnadən məlumatına görə, həmin nişanlar Dövlət Statistika Komitəsinin, Milli Təhlükəsizlik Nazirliyinin binalarının qarşısında quraşdırılıb.Hazırda Bakı-Sumqayıt yolunda və mərkəzi hissələrdə iş davam etdirilir.
Mənbə: Lent.Az