Sabah Azərbaycanda yağışlı hava şəraiti davam edəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 17-20 dərəcə, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq. Dağlarda gecə 7-12 dərəcə, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
Mənbə: Milli.Az