Amerikalı alimlər qalaktikadan uzaqlarda yeni növ daşlı - qayalı planet aşkarlayıb.Lent.Az-ın “BBC”-yə istinadən məlumatına görə, alimlər bu göy cismində potensial bioloji həyatın mövcudluğunu ehtimal edir.Məlumata əsasən, “Kepler-10c”, yaxud “Meqa Yer” adlı planetin kütləsi Yerinkindən 17 dəfə artıq, diametri isə 3 dəfə böyükdür.Astronomlar belə ağır, sıx planet atmosferini itirməyərək, Yupiter kimi böyük qaz nəhənginə çevirilməməsinə təəccüb etdiklərini bildiriblər.Alimlər hesab edir ki, “Kepler-10c” Yer kürəsindən iki dəfə yaşlıdır, onun 11 milyard ilə yaxın yaşı var.
Mənbə: Lent.Az