
Xətai rayonundaki Həzi Aslanov qəsəbəsində yeni qapalı tipli yarımstansiya tikilir. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına "Bakıelektrikşəbəkə"dən məlumat veriblər. Məlumata əsasən, köhnə yarımstansiya sökülüb və onun yerində gücü 110/35/6 kvt olan müasir yarımstansiya tikilir. İki ədəd 40 meqavatlıq transformatorun quraşdırılması nəzərdə tutulur. Yeni yarımstansiya iki mərtəbədən ibarət olacaq.
Mənbə: Milli.Az