Həkim xəbərdarlığı!
Həkimlər “Wikipedia”da tibbi sahə ilə bağlı məqalələri oxumağı qadağan edib.Dünyanın ən böyük onlayn-ensiklopediyası olan “Wikipedia”da sağlamlıqla bağlı məqalələrin 90 faizi etibarlı deyil. Bunu "Journal of the American Osteopathic Association” jurnalında dərc olunmuş tədqiqatların nəticələri göstərib.Amerikalı alimlər 10 xəstəlik – astma, depressiya, ağ ciyər xərçəngi, şəkər, ürək, osteoartrit, bel nahiyəsi və digər problemlər üzrə məlumatları tutuşdurublar. Nəticədə məqalələrin əksəriyyətində ciddi səhvlərə yol verildiyi aşkar olub.Bəzi həkimlər isə ümumiyyətlə, İnterneti tibbin təhlükəli düşməni hesab edirlər. Dünyada hər hansı bir xəstəliklə bağlı simptomların axtarışı və hətta özünümüalicə üçün şəbəkəyə müraciət edənlərin sayı getdikcə artmaqdadır.İpoxondriklər (bir və ya bir neçə xəstəliyə tutulmaq ehtimalından daim narahat olan insan) yeni nəsli mütəxəssislərdən daha çox İnternet-forumlara etibar edir ki, bu da həkimlərin işini çətinləşdirir.
Mənbə: ANS PRESS
3 iyun 2014
GO BACK