Qadin.NET / Google kosmosa 180 peyk yollayacaq

Google kosmosa 180 peyk yollayacaq

 

Google şirkəti cari ilin əvvəlində inkişaf etmiş xətt infrastrukturuna malik olmayan ölkələrin sakinləri üçün simsiz internetə çıxış proqramını elan edib. O zaman şirkət öz konsepsiyası haqqında yalnız bəyanatlarla kifayətlənərək texniki təfərrüatlar haqda heç bir məlumat verməmişdi.Hazırda internet nəhəngi məsələni konkretləşdirib və The Wall Street Journal nəşrində qlobal layihə haqqında ilk texniki məlumatlar dərc edilib. Məlumata əsasən, Google şirkəti peyk internet modelinə təxminən 1 milyard dollar sərmayə qoymaq niyyətindədir. Şirkətin planına əsasən, planetin aşağı orbitində yüksəktutumlu şəbəkə altsisteminə malik təxminən 180 mikro-peyk yerləşdirmək planlaşdırılır.Nəşr yazır ki, Google şirkəti bu yaxınlarda Qreq Uileri peyk proqramının rəhbəri vəzifəsinə işə götürüb. Uiler yaxın vaxtlaradək O3b Networks peyk startapının banisi olub. Bundan başqa, internet nəhəngi Space Systems/Loral şirkətindən mühəndislər qrupunu işə götürüb.
Mənbə: Milli.Az

 

3 iyun 2014
GO BACK