Qadin.NET / Sukeçirməz, ağıllı qolbaq

Sukeçirməz, ağıllı qolbaq

 

Acer şirkəti 3-7 iyun tarixlərində Tayvanda keçiriləcək Computex sərgisində Liquid Leap smart qolbağını nümayiş etdirəcək. Bu haqda şirkətdən bildirilib.Milli.Az ICT news-a istinadən bildirir ki, qurğunun prototipi aprelin sonunda Nyu-Yorkda təqdim edilib. Son variant sukeçirməz korpus və 1 düymlük sensor ekranla təchiz edilib.Qurğu qət edilmiş məsafəni, hərəkət üçün sərf edilmiş enerjini qeydə alır və yuxu dövrlərini izləyir. Bluetooth 4.0 protokolu üzrə qurğunu smartfonla əlaqələndirmək mümkündür, nəticədə qolbaqdan daxil olan zənglərə reaksiya vermək, SMS haqda bildiriş almaq və musiqi oxuducusunu idarə etmək mümkündür.
Mənbə: Milli.Az

 

2 iyun 2014
GO BACK