2015-ci ildə yeni simsiz rabitə standartının təqdim edilməsi gözlənilir ki, bu da ev WLAN şəbəkələrində informasiyanın ötürülmə sürətini 7 Qbit/san-dək artıracaq. Çinin Huawei Technology şirkətinin rəsmiləri isə bildirib ki, 2018-ci ilədək şirkət 802.11ax standartını dəstəkləyən və informasiyanın ötürülmə sürəti 10 Qbit/san. təşkil edən avadanlıq istehsal edəcək. Milli.Az İCT news-a istinadən bildirir ki, istehsalçı məlumat verib ki, ötən həftə yeni standart əsasında işləyən avadanlığı sınaqdan keçirib və 5 QHs işçi tezlikdə 10,53 Qbit/san. sürətinə nail olunub.
Mənbə: Milli.Az