Qadin.NET / 4 yaşlı oğul atanı peşman etdi

4 yaşlı oğul atanı peşman etdi

Çin vətəndaşı olan 29 yaşlı şəxs dünən Cənubi Koreyanı tərk edərək vətənə qayıda bilməyib.O, Seuldakı beynəlxalq hava limanında aviareysi gözləyərkən 4 yaşlı oğlu çantadan pasportu götürüb və sənədi əməllicə bəzəyib.Milli.Az AsiaOne-a istinadən bildirir ki, ata cızmaqaralarla dolu pasportunu koreyalı sərhədçilərə göstərərək təyyarəyə aparan dəhlizə yönəlmək istəyəndə onu saxlayıblar.Limandakı sərhəd-nəzarət postunun əməkdaşları cızmaqaralı pasportu qəbul etməyiblər.Shanghaiist bildirir ki, Seulda qalmış Çen adlı şəxs indi Çinin Cənubi Koreyadakı səfirliyindən pasportunun dublikatını alacağı günü gözləyir.

Mənbə: Milli.Az
2 iyun 2014
GO BACK