Qadin.NET / "Kişi və qadın" tamaşası Qazaxda

"Kişi və qadın" tamaşası Qazaxda

Milli.Az bildirir ki, dramaturgiyanın əbədi mövzularından olan kişi və qadın münasibətlərindən bəhs edən lirik komediyanın qurluşçu rejissoru xalq artisti Zülfüqar Abbasov, rəssamı Səyyad Məmmədovdur. Əsas rollarda teatrın aparıcı aktyorlarından Hacı Hacıyev, Xanım Məmmədova, Zəmanə Orucova və Nazilə Məmmədova məşğuldurlar. Baş rollardan birini teatrın direktoru Saqif İskəndərov ifa edir.İlk tamaşa cari teatr mövsümünün sonuna nəzərdə tutulur.

Mənbə: Milli.Az

2 iyun 2014
GO BACK