Azərbaycanda doluya qarşı mübarizə aparmaq məqsədi ilə daha yeni və müasir texnologiyalardan istifadə olunacaq. Bunu ANS PRESS-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometerelogiya Deportamenti, Hidrometerelogiya Elmi-Tədqiqat İnstitutunun direktoru Rza Mahmudov deyib. Rza Mahmudov bildirib ki, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabineti qarşısında məsələ qaldırılıb və müvafiq dövlət orqanlarından rəylər alınıb:“Doluya qarşı mübarizə məsələləri həmişə diqqət mərkəzində olub. 90-cı illərin əvvələrinə qədər bizdə doluya qarşı mübarizə tədbirləri həyata keçirilib. Həmin dövrlərdə dolu düşən bölgələrimizdə dolu dağıdan toplardan istifadə olunurdu. Müharibə dövründə həmin toplar cəbhə bölgəsindəki hərbi hissələrə təhvil verildi. Bundan sonra biz texniki baxımından bu məsələləri yerinə yetirə bilmədik. Respublikamızda qəbul olunacaq Dövlət Proqramında bu məsələ qaldırılıb. Yəqin ki bu problem öz həllini tapacaq”.R. Mahmudov qeyd edib ki, müvafiq Nazirliklərdən, o cümlədən Milli Elmlər Akademiyasından Nazirlər Kabinetinə təkliflər göndərilib: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qürumlarla fəaliyyəti nəticəsində bu məsələ həll edilə bilər”. Hidrometerelogiya Elmi-Tədqiqat İnstitutunun direktoru Rza Mahmudov bildirib ki, doluya qarşı mübarizə tədbirlərində köhnə toplardan istifadə olunmaya da bilər.
Mənbə: ANS PRESS