Qadin.NET / Bakının həyat üçün təhlükəli avtobusları

Bakının həyat üçün təhlükəli avtobusları

 

Milli.Az xəbər verir ki, son günlərdə Bakıda bir çox köhnə sərnişin avtobusları yeniləri ilə əvəzlənib. Onların arasında 3, 18, 65, 77 və başqaları da var.Ancaq redaksiyamıza daxil olan məktubda bildirilir ki, nədənsə həmin o yenilənən avtobusların arasında 69 nömrəli sərnişin nəqliyyatı yoxdu. Sərnişinlərdən biri şikayət məktubunda bildirir ki, həmin xətt ilə hərəkət edən avtobusun oturucaqlar sınıb yararsız vəziyyətə düşüb, döşəməsi isə parçalanıb.Hətta çox vaxtlar mühərrikində problem olduğuna görə avtobus yolda qalır və nəticədə sərnişinlər 69-dan düşərək başqa sərnişin nəqliyyatına minməli olurlar. Məsələ ilə bağlı marşurutun məxsus olduğu "Transqeyt MMC"-nin istismar şöbəsinin rəisi Nurəddin İsmayılov Milli.Az-a açıqlamasında avtobusların yaxın ayda təzələri ilə əvəz olunacaqlarını vurğulayıb. "Sözügedən avtobus siz dediyiniz qədər də köhnə deyil. Ancaq yeniləri ilə əvəz olunacaq və xəttə şəhərimizə gələn yeni avtobuslar buraxılacaq. Fikirimiz var ki, yaxın aylarda bunu reallaşdıraq", - Nurəddin İsmayılov bildirib. 
Mənbə: Milli.Az

2 iyun 2014
GO BACK