Qadin.NET / Qocalığın dərmanı

Qocalığın dərmanı

Amerikalı alimlərin bu yaxınlarda apardıqları təcrübənin nəticəsi çox maraqlı olub. Məlum olub ki, musiqi ilə məşğul olmaq beyni vaxtından əvvəl qocalmaqdan qoruyur. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, ABŞ alimlərinin sınaqlarında 80 könüllü iştirak edib. Təcrübə və analizlərin nəticəsi göstərib ki, musiqi alətlərində ifa edən yaşlı adamların baş beynindəki neyron birləşmələrin sayı cavan adamlarda olduğu kimidir. Beləliklə, alimlər sübut ediblər ki, musiqi ilə məşğul olmaq beyində yaşla əlaqədar degenerativ prosesləri ləngidir. Buna görə, onlar yaşlı insanlara müntəzəm olaraq musiqi ilə məşğul olmağı tövsiyyə edirlər. 

Mənbə: Milli.Az

2 iyun 2014
GO BACK