Qadin.NET / Uşaqlığınız yadınızdadır?

Uşaqlığınız yadınızdadır?

Çoxları uşaqlıq dövrlərini çətinliklə xatırlayır, bəziləri üçünsə beş yaşdan aşağı dövr ümumiyyətlə sanki silinib. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Torontodan olan mütəxəssislər bunun niyə belə olduğunu öyrənməyə çalışıblar. Məlum olub ki, "günahkar" neyrogenezdir - baş beyində yeni hüceyrələrin əmələ gəlməsi. 
Bu proses zamanı köhnə xatirələr silinir, yerini yenilərə verir. Tədqiqatın müəlliflərindən olan neyrobioloq Pol Franklindin fikrincə, xatirələrin belə təbii silinməsi beyni informasiya yüklənməsindən qoruyur. 
Kanadalı alimlərin apardıqları təcrübə göstərib ki, keçmiş barədə informasiyanın silinməsi ilə paralel olaraq beyin neyronları yeni informasiyanın öyrənilməsi və qavranılmasını yaxşılaşdırır. 

Mənbə: Milli.Az

2 iyun 2014
GO BACK