Qadin.NET / Miqrenə qarşı yeni dərman

Miqrenə qarşı yeni dərman

Anticisim kimi işləyən yeni dərman miqren yaradan provokator birləşmələrə hücum edərək xəstəliyi aradan qaldırır. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu preparat 90 gün ərzində sınaqdan keçirilib. İştirakçılardan 1/3-i bu müddət ərzində həmin dərmandan istifadə edib və bir dəfə də olsun, başları ağrımayıb. 
Adətən müəyyən qoxular, parlaq işıq, hormonal dəyişikliklər, havanın qəfil dəyişməsi, müəyyən ərzaqlar (məsələn, şokolad, bərk pendir) və alkoqol miqren tutmalarına səbəb olur. Üstəlik, miqrenin təbiəti baş ağrılarından fərqlənir, çünki o, qan dövranından (damarların yığılıb-açılmasından) deyil, beyindəki kimyəvi reaksiyalardan asılıdır. 
Yeni dərman kalsitonin geni ilə bağlı, ağrı barədə siqnal ötürən peptidə təsir edir. Miqreni olan insanlarda həmin peptidin qədəri çox olur. Bu isə beyində iltihaba səbəb olur. Preparat isə reseptorlara birləşərək peptidin effektini azaldır. 
Preparatın effektivliyi həm onu hazırlayanları, həm də təcrübənin iştirakçılarını təəccübləndirib. 

Mənbə: Milli.Az

1 iyun 2014
GO BACK