Qırmızı şərab və üzüm dənələri kariesin əmələ gəlməsinin qarşısını alır. Bu kəşf, çox güman ki, diş xəstəliklərinin profilaktikası üçün yeni təbii vasitələrin yaradılmasına səbəb olacaq. Çünki belə kombinasiya dərmanlardan fərqli olaraq kənar təsirlərə malik deyil.Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, işin sirri dənələrin və şərabın tərkibindəki polifenollardadır. Onlar bakteriyaların artmasını əngəlləyir. Bunu laborator şəraitdə sınaqdan keçiriblər. Alimlər dişlərdə problem yaradan bakteriyalar yetişdiriblər, sonra onların bioplyonkalarını bir neçə dəqiqə ərzində bir neçə məhlulda - adi qırmızı şərab, alkoqolsuz şərab, üzüm dənələrinin cövhəri qatılmış şərab, 12%-li spirtlə qarışdırılmış - isladıblar. Ən yaxşı nəticə birinci üç məhlulda alınıb. Dünya əhalisinin təxminən 80-90%-i karies, parodontoz, dişlərin itirilməsi kimi xəstəliklərdən əziyyət çəkir. Bu problemləri isə ağız boşluğunda ərp və turş mühit yaradan bakteriyalar törədir.
Mənbə: Milli.Az