Qadin.NET / Bakıda qısamüddətli yağış gözlənilir

Bakıda qısamüddətli yağış gözlənilir

Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlandı.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə verilən məlumata görə, iyunun 2-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gecə şimşək çaxacağı ehtimalı var. Havanın gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Temperatur gecə 17-21°, gündüz 24-29° , Bakıda gecə 19-21°, gündüz 27-29° isti olacaq.Azərbaycan rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 9-14° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

1 iyun 2014
GO BACK