Qadin.NET / Serverlər bazarı kiçilib

Serverlər bazarı kiçilib

 

 

 

Gartner analitik şirkətinin məlumatına görə, 2014-cü ilin birinci rübündə dünya serverlər bazarının həcmi 4,1 faiz azalaraq 11,4 milyard dollar olub. Digər analitik şirkət IDC-nin məlumatına əsasən, azalma 2,2 faiz – 10,9 milyard dollar təşkil edib. Analitiklər qeyd ediblər ki, dünya serverlər bazarının həcmində pul vahidində ardıcıl beşinci rübdür azalma müşahidə olunur.Bununla belə, serverlərin tədarükündə artım qeydə alınıb. Gartnerə görə, artım 1,4 faiz – 2,4 milyon ədəd, IDC-yə görə, 2,1 faiz – 2,1 milyon sistem təşkil edib.Milli.Az İCT news-a istinadən bildirir ki, bütün seqmentlərdən yalnız x86 arxitekturalı serverlər seqmenti nümayiş etdirib. Bu seqmentdə ardıcıl dördüncü rübdür artım qeydə alınır.Gartnerin məlumatına görə, cari ilin birinci rübündə x86 arxitekturalı serverlərin satışı pul vahidində 2,8 faiz, say vahidində 1,7 faiz artıb. RISC/Itanium bazalı Unix serverlərinin satışı pul vahidində 16,9 faiz, say vahidində 19,9 faiz aşağı düşüb. Digər arxitekturalı serverlərin satışında pul vahidində 37,6 faizlik azalma qeydə alınıb.Hesabat dövründə Avropa, Yaxın Şərq, Afrika regionuna (EMEA) serverlərin tədarükü 2013-cü ilin analoji dövrü ilə müqayisədə 6,1 faiz azalaraq 547,9 min ədəd təşkil edib. Bununla belə, son on bir rübdə bazar pul vahidində müsbət dinamika nümayiş etdirib: satış 2,5 faiz artaraq 3 milyard dollara çatıb.
Hewlett-Packard (HP) dünya serverlər bazarında mədaxil və tədarük həcminə görə liderliyini qoruyub. Cari ilin birinci rübündə şirkətin payı 25,5 faiz, say vahidində 22,6 faiz olub. HP EMEA regionunda da birinci yerdədir.Gartner vurğulayır ki, IBM şirkəti dünya serverlər bazarında pul vahidində ikinci, tədarük edilən sistem sayına görə üçüncü yeri tutur. Dell şirkəti mədaxilə görə üçüncü, tədarük həcminə görə ikinci yerdə qərarlaşıb.
Mənbə: Milli.Az

 

1 may 2014
GO BACK