Qadin.NET / Sabir günləri keçirilir

Sabir günləri keçirilir

Ənənəvi olaraq, hər il may ayının sonlarında böyük şairimiz, satirik M.Ə.Sabirin yaradıcılığına həsr edilmiş Sabir günləri keçirilir.  Bu münasibətlə keçirilən tədbirlərdən biri də Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu ilə Aərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasının birgə həyata keçirdiyi bədii qiraət müsabiqəsidir. Orta məktəb şagirdlərinin, kollec və ali məktəb tələbələrinin qatıldığı müsabiqədə M.Ə.Sabirin şerləri səsləndirildi. Tədbirdə əməkdar artist Azad Şükürov, şair Musa Yaqub, şairin nəvəsi, Sabir ruhunun daşıyıcısı Sevda xanım Tahirli və digər tanınmış ziyalılar iştirak edirdi. Çıxış edənlər tədbirin əhəmiyyətindən, Sabir irsinin təbliğ olunmasında oynadığı roldan danışdılar. Sonda çıxış edən millət vəkil Elxan Süleymanov müsabiqədə fərqlənən iştirakçıları diplom və pul mükafatları ilə təltif etdi.

Sabir günləri keçirilir

Sabir günləri keçirilir

Sabir günləri keçirilir

Sabir günləri keçirilir

Sabir günləri keçirilir

Sabir günləri keçirilir



 

1 iyun 2014
GO BACK