Qadin.NET / 12 ölkənin idmançıları Nabranda bir araya gəldilər

12 ölkənin idmançıları Nabranda bir araya gəldilər

 

Mayın 30-da yarışın təşkilatçıları və iştirakçıları Xaçmaz şəhərində ümummilli lider Heydər Əliyev xatirəsini yad edib, abidəsi önünə əklil qoyublar.Bu gün Nabranda səmti müəyyən etmə idman növü üzrə ümumilli lider Heydər Əliyev adına ənənəvi beynəlxalq kubok yarışının açılış mərasimi keçirilib. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, yarış Səmti Müəyyən Etmə Federasiyası tərəfindən Xaçmaz rayon İcra Hakimiyyəti, Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunub. Builki beynəlxalq yarışa 20-dən artıq komandanın tərkibində 100-dən artıq idmançı qatılıb. Ötən il yarışlara 10 əcnəbi komanda qatılmışdısa, bu il kənardan gələn kollektivlərin sayı 12-yə çatıb.Builki yarış 3 qrup üzrə keçirilir. Peşəkarlar, yeni başlayanlar və nəhayət, uşaqlar ayrı-ayrı mərhələlərdə mübarizə aparacaqlar. İştirakçılar həm 6 nəfərdən ibarət komanda, həm də fərdi şəkildə bacarıqlarını nümayiş etdirirlər. Yarışın birinci günü uzun məsafəyə qaçış həyata keçirilib.Builki yarışın əsas yeniliklərindən biri isə qaçış zolaqlarında video-nəzarət məntəqələrinin quraşdırılmasıdır. Bu da idmançıların meşədəki hərəkətini canlı olaraq həm yarış mərkəzində, həm də federasiyanın saytında izləmək imkanı yaradır.
Mənbə: Milli.Az

 

31 may 2014
GO BACK