Qadin.NET / Ən yaxşı avtomobillər seçildi

Ən yaxşı avtomobillər seçildi

Artıq 90 ildir ki, Britaniyanın MG brendi keyfiyyətli, etibarlı və yaraşıqlı avtomobilləri ilə öz mövqeyini qoruyub saxlamaqdadır. Britaniya dərgisi Auto Express tərəfindən tərtib edilən “Ən yaxşı avtomobil” reytinqində MG növbəti dəfə özünün yüksək statusunu təsdiq edib. Belə ki, MG brendi ən yaxşı avtomobil istehsalçılarının ilk üçlüyünə daxil olub.Milli.Az 4charx.com-a istinadən bildirir ki, reytinq tərtib edilərkən Auto Express dərgisi 50 000 britaniyalı avtomobilçini sorğuya cəlb edib. Respondentlər öz avtomobillərini 10 müxtəlif parametrə görə qiymətləndiriblər. Bura etibarlılıq, keyfiyyət, praktiklik, istismar xərcləri, rahatlıq, texnologiyalar və s. daxildir.Qiymətləndirmə 100 ballıq cədvəl üzrə aparılıb. Sorğu nəticəsində ən yaxşı və ən pis avtomobillər müəyyən edilib. Nəticələr göstərib ki, britaniyalı avtomobilçilər arasında ən məşhur avtomobillərin reytinqində üçüncü sətiri əfsanəvi MG avtomobilləri tutur. Brend 100 mümkün xaldan 88,98 ball toplayaraq liderdən 1 baldan da az geri qalıb. Britaniya avtomobilçilərinin fikrincə birinci və ikinci yerləri müvafiq olaraq Skoda və Jaguar tutub.Xatırladaq ki, Britaniya brendi MG bu il 90 illiyini qeyd edir. Britaniyada ən yaxşı avtomobillər sırasında ilk üçlüyə daxil olmaq bu yubileyə yaxşı hədiyyədir.

Mənbə: Milli.Az
31 may 2014
GO BACK