Qadin.NET / Sarışın qızlar haqda miflər və həqiqətlər

Sarışın qızlar haqda miflər və həqiqətlər

Bu gün ümumdünya sarışın qızlar günüdür. Onları sevirlər, onlara paxıllıq edirlər, barələrində lətifələr qoşurlar, alimlər onları tədqiq etməkdən yorulmurlar. 
Milli.Az sarışın qızlar günündə onlar haqda maraqlı məlumatlar tapıb. 
Sarışın qızları təvazökar adlandırmaq olmaz
Bu faktı tanınmış aktrisaların və müğənnilərin də nümunəsində görmək olar. Sarışın olan məşhur aktrisa bir dəfə televiziya şousunun qonağı olarkən bədəninin bütün gözəlliklərini göstərməkdən çəkinməyib. Onun sayəsində kanal bir verilişdə 55 min dollar qazanıb.

Sarışınlar əsmər qızlardan daha aqressivdirlər
Belə bir iddianı amerikalı alimlər irəli sürüblər. Aparılan bir sıra araşdırmalardan sonra məlum olub ki, onlar digər qadınlardan davakar olurlar. Sarışın sevgiliniz olsa, diqqətli olun. 
Döyüş sənətlərində bacarıqlı olurlar
Sarışınların döyüşdə daha bacarıqlı olduqlarının nümunələri də var. Karateçi bacılar Anna və Olqa Dmitrievanın yüzlərlə medalları və mükafatları var. 
Centlmenlər əsmər qızları seçirlər
Belə bir məlumatı sosioloqlar ortaya çıxarıb. Sosial sorğuda iştirak edən hər üç kişidən ikisi qara saçlı xanımları seçib. Sarışınlar isə ikici yerə çıxıblar. Kürən xanımlar isə outsayder olurlar. 
Sarışınlar sükan arxasında təhlükəlidirlər
Sarışın bir xanım yol qəzasına düşsə belə, qlamurluğunu qoruya bilir. Bunu günəşli Monte-Karlo sakini təsdiq etmişdi. Mavi rəngli "Betley" ilə qəza törətmişdi. Onun "qurbanları" də sadə olmamışdı. "Aston Martin", "Porsche", "Ferrari" və "Mercedes".

Mənbə: Milli.Az

31 may 2014
GO BACK