Nyu-Meksika ştatı Milli Məclisin sədrinə Xocalı soyqırımı ilə bağlı qətnamə təqdim edib.ANS PRESS-in məlumatına görə, bu barədə parlamentin sədri Oqtay Əsədov məlumat verib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağın tanınmamış Respublika olduğunu göstərən sənəd senatda qəbul olunub.Sədr qeyd edib ki, bu günlərdə Azərbaycan Respublika gününü qeyd edir və Nyu Meksika bu məsələyə də biganə qalmayıb.“Bizim dostlarımız Nyu-Meksikada 28 Mayı Azərbaycan Milli Günü elan ediblər. Bütün bunlara görə Nyu-Meksika ştatının senatoru başda olmaqla bütün rəsmilərinə dərin təşəkkürümüzü bildiririk".
Mənbə: ANS PRESS