Qadin.NET / Azərbaycanlı məktəblilərin son sevinci

Azərbaycanlı məktəblilərin son sevinci

 

Bu gün Azərbaycanda ilin sonuncu "son zəng"i qeyd olunur. Sonuncu ona görə ki, ötən gün də bəzi məktəblərdə bu tədbir keçirilmişdi. Beş tədris həftəsi olan məktəblərin məzunları "son zəng"i ötən gün qeyd ediblər. Bu gün isə 6 günlük dərs günü olan məktəblərin "son zəng"idir. Milli.Az xəbər verir ki, hər il olduğu kimi, bu il də “son zəng” tədbirləri saat 10:00-da başlayacaq, 3 saat davam edəcək və saat 13:00-da yekunlaşacaq. Ümumtəhsil məktəblərində “son zəng” tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq. Yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, “son zəng” tədbiri bilavasitə müəssisədə keçirilsin, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunsun, təhlükəsizliklə bağlı lazımi işlər görülsün. “Son zəng” tədbirinin tələb edilən səviyyədə təşkili üçün bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.Tədbirlər planına əsasən, “son zəng” tədbirləri ilə bağlı polis gücləndirilmiş iş rejimində çalışacaq. Respublikada fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və “son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərinin IX sinfini 118 206 nəfər, XI sinfini isə 86 797 nəfər şagird bitirəcək. Bu tədris ilində Azərbaycanda qiyabi (axşam) ümumtəhsil müəssisələrinin XII sinfini isə 754 nəfər şagird başa vuracaq.
Mənbə: Milli.Az

 

31 may 2014
GO BACK