Forbes jurnalı yazıb ki, ABŞ-ın Microsoft korporasiyası bu yay ağıllı saat nümayiş etdirərək daşınan elektronika bazarına çıxmağa hazırlaşır. Smart saatın özəlliyi sahibinin nəbzinin tezliyinin gecə-gündüz ölçülməsi funksiyasıdır.Microsoft korporasiyası üçün ürək döyüntüsünün ölçülməsi texnologiyasının Kinect kontaktsız sensor oyun kontrollerini hazırlayıb. Mütəxəssislərin ağıllı saat üçün hazırladıqları proqram platforması müxtəlif ötürücülərin məlumatlarını təhlil edərək istifadəçinin ürək döyüntüsü və ümumi fiziki forması haqqında dəqiq informasiya təqdim edəcək.Jurnal yazır ki, Microsoftun qurğusu tam rəngli sensor ekranla təchiz ediləcək.Forbes jurnalı yazır ki, ağıllı saat yalnız Windows Phone mobil əməliyyat sistemi ilə deyil, həmçinin Apple və Google şirkətlərinin iOS və Android platformaları ilə işləyən smartfonlarla sinxronlaşır. Ağıllı saat akkumulyatorunun şarjı iki gün üçün kifayət edəcək.
Mənbə: Milli.Az