2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 86797 nəfər bitirəcək. ANS PRESS-in məlumatına görə, bu, keçən ilki məzun sayından 4687 nəfər azdır, ötən il ölkənin ümumtəhsil müəssisələrinin XI siniflərini 91484 şagird bitirmişdi. Ümumiyyətlə, 2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118206, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 754 nəfər şagird bitirəcək.Paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə 27729, XI sinif üzrə isə 20411 şagird məzun olacaq. Ölkə üzrə, 2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138000 nəfərdir.
Mənbə: ANS PRESS