Azərbaycan Gürcüstanın "Delta" Elmi-Müdafiə Mərkəzinin məhsullarına maraq göstərir. Milli.Az xəbər verir ki, bu barədə cümə günü Gürcüstanın Baş naziriİrakli Qaribaşvili və Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında keçirilmiş görüşdə məlum olub.Baş nazirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tərəflər ikitərəfli münasibətləri, regionun enerji nəqli infrastrukturunun təhlükəsizliyinin təmin olunması baxımından Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.İki ölkə arasında dost və tərəfdaşlıq münasibətlərini dərinləşdirməklə bağlı qarşılıqlı istək ifadə edilib.Görüşdə, həmçinin Gürcüstanın müdafiə naziri İrakli Alasaniya iştirak edib.
Mənbə: Milli.Az