Samsung şirkəti sağlamlıq üçün Sami izləmə platformasını nümayiş etdirib. Beləliklə, Koreya korporasiyası Apple şirkətini qabaqlayıb, sonuncu bu cür sistemi növbəti həftə WWDC konfransında nümayiş etdirəcək. Sami (Samsung Architecture Multimedia Interactions) platforması daşınan ötürücülərin köməyi ilə insanın sağlamlığı haqda məlumatın toplanılmasına hesablanıb. Bundan sonra toplanılmış məlumatlar bulud saxlancına verilir ki, burada da mütəxəssislər tərəfindən təhlil edilə bilər.Daşınan elektronika müasir trenddir. IDC analitik şirkətinin proqnozuna görə, 2014-cü ildə bu tip qurğuların satış həcmi üç dəfə artaraq 19 milyon təşkil edəcək.
Mənbə:Milli.Az