Arda Turanın adı Türkiyə millisinin yoldaşlıq oyunları üçün genişləndirilmiş heyətindən çıxarılıb.Milli.Az qol.Az-a istinadən xəbər verir ki, Çempionlar Liqasında "Real"la matçda zədə səbəbindən oynaya bilməyən yarımmüdafiəçi yığmanın baş məşqçisi Fatih Terimlə görüşüb. Görüş zamanı A.Turanın ağır bir mövsümü geridə qoyduğu nəzərə alınaraq adının heyətdən çıxarılmasına qərar verilib.Qeyd edək ki, A.Turan La Liqanın sonuncu turunda "Barselona" ilə matçda (1:1) zədələnmişdi.
Mənbə: Milli.Az