
Cəfəri məzhəbli müctəhidlərin fətvalarına görə, üzün tükünü ülgüclə dibindən qırxmağın hökmü nədir?Milli.Az islam.Azz-a istinadən bildirir ki, keçmiş müctəhidlərin çoxusu bunu qəti surətdə haram bilirdi. Yaxın dövrdə yaşamış mərhum mərceyi-təqlidlərdən Ayətullahül-üzmalar Birucerdi, Gülpaygani, Əraki, Behcət, diri müctəhidlərdən Ayətullahül-üzmalar Şahrudi, Mühəmməd Sadiq Ruhani, Safi Gülpargani, Seyid Sadiq Şirazi, eləcə də Ayətullahlar Gürgani və Məzahiri bunu qəti olaraq haram sayırlar. Qalan şiə müctəhidlərinin rəyinə görə, saqqalı dibindən qırxmaq ehtiyati-vacibə görə haramdır. Bizə məlum olana əsasən, yalnız mərhum Ayətullah Fəzlullah, bu gün sağ olan Ayətullah Sanei və Sadiqi Tehrani saqqalı ülgüclə qırxmağa icazə verirlər.
Mənbə: Milli.Az