Qadin.NET / Tanınmış rusiyalı aktrisa vəfat etdi

Tanınmış rusiyalı aktrisa vəfat etdi

 

SSRİ-nin xalq artisti Lyudmila Makarova vəfat edib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, aktrisa ömrünün 93-cü baharında Sankt-Peterburqda gözlərini əbədi olaraq yumub. Lyudmila Makarova 1921-ci ildə Peterburqda dünyaya göz açıb. 20 yaşında Böyük dram teatrının truppasına daxil olub. Böyük Vətən müharibəsi dövründə Baltik flotunun teatrında xidmət edib. Aktrisa "İki kapitan", "Qız və timsah", "Ölü canlar", "Təkrar toy", "Qar kraliçasının sirri" kimi filmlərdə aldığı rollara görə də məşhur idi. 
Mənbə: Milli.Az
30 may 2014
GO BACK