Qadin.NET / 70 yaşlı baba eşqə düşdü, 113 yaşlı nənəni aldı

70 yaşlı baba eşqə düşdü, 113 yaşlı nənəni aldı

 

Bu toyda bəylə gəlinin toplam yaşları 183 il idi. Çünki təzə bəyin 70, gəlinin isə 113 yaşı vardı.Milli.Az AsiaOne-a istinadən bildirir ki, toy Çinin qərbindəki Sinzyan-Uyğur Muxtar Mahalının Baçu bölgəsindəki qocalar evində olub.
Uyğur türkü, 70 yaşlı Amte Əhməd 113 yaşlı Azatihan Səvati ilə ailə qurub.Təzə bəyin dediyinə görə, gəlinlə ötən ilin aprelində tanış olublar."Onu görən kimi vuruldum. Hə, lap bir könüldən min könülə. Bir neçə ay ətrafında gəzib-dolaşdım. Sonra evlənməyi təklif etdim. Azatihan da yox dedi, qoca olduğunu söylədi. Amma könlünü aldım, razı saldım. Evləndik. Azatihan məndən 33 yaş böyük olsa da, önəmli deyil. Əsas məsələ könül sevgisidir. O, qayğıma qalır, nahar zamanı xörəyindəki ət tikələrini mənə verir", - Amte Əhməd deyib.
A.Əhmədin dediyinə görə, onun və Azatihanın övladları ilə nəvələri də bu izdivaca qarşı çıxmayıblar.
Mənbə:Milli.Az

 

 

 

 

30 may 2014
GO BACK